
Qazaxıstan Universitetinin magistrantları ADNSU-da təcrübə keçirlər
Ali təhsil müəssisələrimizin xaricdəki təmsilini, qlobal akademik əməkdaşlıqları izləmək üçün direktor.az-a abunə olun. Universitetlərimizin beynəlxalq nailiyyətləri, rəsmi elanlardan xəbərdar olmaq üçün bizi izləyin.
Qazaxıstan Respublikasının Satbayev Universitetində “Neft-qaz mühəndisliyi” ixtisası üzrə təhsil alan daha 4 magistrant beynəlxalq mübadilə proqramı çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) akademik və sənaye təcrübəsinə başlayıb.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Mübadilə proqramının iştirakçıları Gaukhar Kekilbayeva, Zhaslan Mukatov, Bogdan Tenizov və Mizam Rakhimberdiyev ADNSU-nun Yer elmləri və neft mühəndisliyi fakültəsində “Neft-qaz mühəndisliyi” kafedrasının müdiri, dosent İnqlab Əliyev və digər professor-müəllim heyətinin tədris etdiyi dərslərdə iştirak ediblər.
Akademik proqram çərçivəsində magistrantlar, həmçinin müvafiq laboratoriyalar və Geologiya İnstitutu ilə tanış olub, universitetin elmi-tədqiqat və praktiki tədris imkanları barədə məlumat əldə ediblər.
Mübadilə proqramının növbəti mərhələsində tələbələrin SOCAR-ın müvafiq istehsalat müəssisələrinə sənaye səfəri nəzərdə tutulub. Səfər çərçivəsində magistrantların neft-qaz sənayesinin istehsalat prosesləri ilə yaxından tanış olması və nəzəri biliklərini praktiki təcrübə ilə zənginləşdirməsi planlaşdırılır.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

