
Şirvan-Salyan Regional Təhsil İdarəsi metodbirləşmə rəhbərləri üçün təlimlər keçirib
Metodiki təlimlər, dərs planlaşdırılması və qiymətləndirmə standartları ilə bağlı yenilikləri öyrənmək üçün direktor.az-a abunə olun. Məktəbdaxili metodiki xidmətin təkmilləşdirilməsinə və müəllimlərin peşəkar inkişafına yönələn təşəbbüslərdən məlumatlı olmaq üçün bizi izləyin.
Hacıqabul, Neftçala və Salyan rayonları, həmçinin Şirvan şəhəri üzrə ümumtəhsil məktəblərində fəaliyyət göstərən metodbirləşmə rəhbərləri üçün təşkil olunan təlimlərin birinci mərhələsi başa çatıb.
Direktor.az xəbər verir ki, Şirvan-Salyan Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə keçirilən təlimlər müasir metodiki yanaşmalara əsaslanıb və metodbirləşmə rəhbərlərinin peşəkar bilik və bacarıqlarının inkişaf etdirilməsini hədəfləyib.
Təlimlər Şirvan-Salyan Regional Təhsil İdarəsinin aparıcı metodisti Günay Əbilovanın, həmçinin metodistlər Təbriz Xəlilov, Günay Ağabəyova, Ayşən Mazanova, Arzu Şahverdiyeva, Rasim Hüseynov, Məhəmməd Quluzadə, Elnarə Quliyeva və Mənsurə Məmmədovanın təlimçiliyi ilə keçirilib.
Təlim proqramı çərçivəsində iştirakçılara dərsin perspektiv, illik və gündəlik planlaşdırılması, qiymətləndirmə vasitələrinin hazırlanması, dərsdinləmənin təşkili və məktəbdaxili metodiki xidmətin həyata keçirilməsi ilə bağlı nəzəri və praktik biliklər təqdim olunub.
Təlimlər zamanı iştirakçıların metodiki bilik və bacarıqlarının təkmilləşdirilməsi, məktəbdaxili metodiki xidmətin səmərəliliyinin artırılması və müəllimlərin peşəkar inkişafına dəstək göstərilməsi istiqamətində müzakirələr aparılıb, praktiki tapşırıqlar yerinə yetirilib.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

