
NDU nümayəndə heyəti Çində beynəlxalq elmi forumda iştirak edib
Ali təhsil müəssisələrimizdə elmi-tədqiqat mühitinin gücləndirilməsi, professor-müəllim heyətinin akademik fəaliyyətini izləmək üçün direktor.az-a abunə olun. Universitetlərimizdəki elmi seminarlar, akademik təşəbbüslərdən xəbərdar olmaq üçün bizi izləyin.
Naxçıvan Dövlət Universitetinin nümayəndə heyəti Çinin Sanya şəhərində keçirilən Asiya Elmlər Akademiyasının (AEA) Baş Assambleyasında və “Bir kəmər, bir yol: Ortaq elmi və texnoloji gələcəyin formalaşdırılması” Birinci Asiya Yüksək Səviyyəli Elmi Forumunda iştirak edib.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Forumun ilk günündə Nobel mükafatı laureatları Rae Kwon Chung (Cənubi Koreya) və Takaaki Kajita (Yaponiya), UNESCO Elm laureatı, görkəmli alim Atta-ur-Rahman, eləcə də Özbəkistan, Pakistan, Tacikistan, Gürcüstan, Monqolustan və Başqırdıstanın elmlər akademiyalarının prezidentləri, Çin Ətraf Mühitin Mühafizəsi Sənayesi Assosiasiyasının vitse-prezidenti Pansheng Qian çıxış ediblər. Çıxışlarda beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi, elmi əlaqələrin inkişaf perspektivləri və ortaq texnoloji gələcəyin formalaşdırılması məsələləri diqqətə çatdırılıb.
Tədbirin ikinci günündə Asiya Elmlər Akademiyasına yeni qəbul edilmiş üzvlərin təqdimatı və diplomların təqdimolunma mərasimi keçirilib. Yeni üzvlər sırasında Nobel mükafatı laureatı, koreyalı professor Rae Kwon Chung, çinli professor Zhang Qi, qazaxıstanlı professor Serik Irsaliyev, amerikalı professor Joe Wu, pakistanlı professor Muhammad Ashraf, özbəkistanlı professor Bobomurat Ahmedov, qırğızıstanlı professor Akumbek Abdykalyakov və rusiyalı professor Albert Latypov kimi tanınmış alimlər yer alıblar.
Baş Assambleyanın iclasında Asiya Elmlər Akademiyasının fəaliyyəti, qurumun inkişafı üçün yaradılan yeni imkanlar və gələcək perspektivlər müzakirə olunub.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

