
Neçə nəfər MİQ-in müsahibə mərhələsindən keçə bilməyib?
2026-cı il üzrə Müəllimlərin İşə Qəbulununun (MİQ) müsahibə mərhələsində iştirak edən namizədlərin statistikası və imtahan nəticələrini izləmək üçün direktor.az-a abunə olun. Müsabiqə mərhələlərini, statistik göstəriciləri və təhsil gündəmindəki vacib elanları vaxtında öyrənmək üçün bildirişləri aktiv edin.
2026-cı il üzrə MİQ-in müsahibə mərhələsindən keçə bilməyənlərin sayı açıqlanıb.
Direktor.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib. 2026-cı il üzrə müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin müsahibə mərhələsinə ümumilikdə 5 027 namizəd dəvət olunub.
Məlumata görə, bu il müsahibə mərhələsində ümumilikdə 4 418 namizəd iştirak edib. Onlardan 205 nəfər isə uğursuz nəticə göstərib.
Qeyd edək ki, bu il 14-18 iyul tarixlərində dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi keçirilib. 35 imtahan mərkəzində baş tutmuş imtahanlarda ümumilikdə 33 mindən çox namizəd iştirak edib, davamiyyət göstəricisi 96 faiz təşkil edib.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin