
OYU-da elmi-metodik seminar keçirilib
Ali məktəblərdə keçirilən elmi müzakirələr, araşdırmaları izləmək üçün direktor.az-a abunə olun. Universitetlərin fəaliyyəti və təhsil sahəsindəki bütün mühüm hadisələri vaxtında öyrənmək üçün bizi izləməyə davam edin.
Odlar Yurdu Universitetinin (OYU) “Filologiya və humanitar fənlər” kafedrasında filologiya elmləri doktoru, professor Rüstəm Kamalın “Cəlil Məmmədquluzadə nəsrində «qonaq» arxetipi” mövzusunda elmi-metodik seminarı keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Seminarda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Cəlil Məmmədquluzadənin nəsr yaradıcılığında “qonaq” arxetipinin bədii-fəlsəfi mahiyyəti, obrazın mətn daxilindəki funksiyası və simvolik məna çalarları ətrafında elmi müzakirələr aparılıb. Müzakirələr zamanı mövzunun ədəbiyyatşünaslıq baxımından əhəmiyyəti, arxetip anlayışının bədii mətnlərin təhlilində rolu, eləcə də yazıçının yaradıcılığında milli-mədəni düşüncənin təzahür xüsusiyyətləri diqqət mərkəzində olub.
Seminar iştirakçıları mövzu ilə bağlı fikirlərini bölüşərək bədii mətnlərin müasir nəzəri yanaşmalar əsasında təhlilinin elmi və tədris baxımından əhəmiyyətini vurğulayıblar. Elmi-metodik seminar kafedranın elmi fəaliyyətinin inkişafı, müəllimlərin tədqiqat təcrübəsinin bölüşülməsi və filoloji araşdırmalarda müasir metodoloji yanaşmaların təşviqi baxımından əhəmiyyət daşıyıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin