
OYU tələbələri üçün boya və rəng master-klassı keçiriləcək
Ali təhsil müəssisələrində təşkil edilən praktik məşğələləri və universitet həyatındakı yenilikləri izləmək üçün direktor.az-a abunə olun. Təhsil idarəçiliyi, ali məktəb ekosistemi və ölkəmizin maarif sistemində baş verən xəbərlər üçün bizi izləyin.
Odlar Yurdu Universitetinin tələbələri üçün X-Kraska firmasının rəhbəri Ramin Babayevin iştirakı ilə boya və rəng texnologiyalarına həsr olunmuş görüş və praktiki master-klass təşkil ediləcək.
Direktor.az xəbər verir ki, bu barədə OYU-dan bildirilib. Master-klassın əsas məqsədi tələbələrin nəzəri biliklərini praktiki bacarıqlarla möhkəmləndirmək, onları real iş mühiti ilə tanış etmək və peşəkar təcrübə qazanmalarına şərait yaratmaqdır.
Görüş çərçivəsində iştirakçılara boya və rəng texnologiyaları, rənglərin düzgün seçilməsi və uyğunlaşdırılması, müxtəlif materiallarla işləmə üsulları, eləcə də rənglərin interyer məkanında tətbiqi haqqında ətraflı məlumat veriləcək.
Praktiki məşğələlər zamanı tələbələr əldə etdikləri bilikləri real iş prosesi ilə əlaqələndirmək, materialların tətbiqi xüsusiyyətlərini öyrənmək və peşəkar yanaşmalarla tanış olmaq imkanı qazanacaqlar.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

