Təhsil Yenilikləri
|
Pedaqoji Şuranın illik fəaliyyət planı 2026–2027-ci tədris ili üçün PDF-i endir
İDARƏÇİLİK VƏ TƏŞKİLATÇILIQSƏNƏDLƏŞMƏPEDAQOJİ ŞURAPremium

Pedaqoji Şuranın illik fəaliyyət planı 2026–2027-ci tədris ili üçün PDF-i endir

September 20, 20265 dəq oxuma43 baxış

Mətn Pedaqoji Şura iclaslarının hazırlanması, keçirilməsi, qərarların sənədləşdirilməsi və icrasına nəzarət qaydalarını sistemli şəkildə izah edir. Direktorun, katibin, işçi qrupun və məruzəçilərin vəzifələri, gündəliyin əvvəlcədən təqdim olunması, iştirakın qeydiyyatı və qərarların səsvermə yolu ilə qəbul edilməsi aydın göstərilir. Hesabatların dəqiq məlumatlara əsaslanması, qərarlarda görüləcək işin, məsul şəxsin və icra müddətinin konkret müəyyənləşdirilməsi xüsusi vurğulanır. Protokolların hazırlanması və saxlanılması, qərarların müvafiq hallarda direktor əmrləri ilə rəsmiləşdirilməsi və tapşırıqların icrasına nəzarət də prosesin əsas mərhələləri kimi təqdim olunur. Şagird və əməkdaşların şəxsi məlumatlarının qorunması isə bütün bu fəaliyyətlərin vacib tələblərindən biri kimi nəzərə alınır. Pedaqoji Şuranın işini formal iclasdan nəticəyönlü idarəetmə mexanizminə çevirmək və praktik sənəd nümunələrindən yararlanmaq üçün Direktor.az-a abunə olun.

Pedaqoji Şura məktəbin ali idarəetmə orqanı kimi təlim-tərbiyə və məktəbin fəaliyyəti ilə bağlı məsələləri öz səlahiyyətləri daxilində müzakirə edir və qərarlar qəbul edir. Şura fəaliyyətində Azərbaycan Respublikasının qanunvericiliyini, məktəbin nizamnaməsini və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19 noyabr 2010-cu il tarixli 1486 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə”ni rəhbər tutur. Qərarlar qanunvericiliyə uyğun olmalı və aid olduğu şəxslərin hüquqlarını nəzərə almalıdır. Təhsilverənlərə və texniki işçilərə verilən tapşırıqlar onların əmək funksiyalarına və məktəbdəki vəzifələrinə uyğun müəyyən edilir. Təhsilalanlara və valideynlərə aid qərarlar onların qanunvericilikdə müəyyən edilmiş hüquq və vəzifələri çərçivəsində tətbiq olunur.

Abunə Məzmunu

Bu məqaləyə və bütün premium məzmuna tam giriş əldə etmək üçün abunə olun.

DİREKTOR.AZ

Direktor.az saytı MƏKTƏBŞÜNASLIQ saytıdır. Bu saytda sizi təhsil və əmək qanunvericiliyi, idarəetmə və liderlik, ümumi təhsil sistemi və məktəbəqədər ilə bağlı həm hüquqi, həm praktik həm də metodiki məqalələr gözləyir. HAZIRLIQ (PREMİUM) mövzuları bölməsində (ödənişlidir) isə təqdim olunan ayrı-ayrı mövzuların audio və video formatda izahı, PDF-lər və testlər yerləşdirilmişdir ki, bu da sizin sərbəst hazırlıqlarınıza kömək edəcək.

info@direktor.az
+99450 672 5911
Azərbaycan Respublikası, Bakı şəhəri

Kateqoriyalar

  • HAZIRLIQ (PREMİUM) mövzuları
  • Təhsil Qanunvericiliyi
  • Liderlik və İdarəetmə
  • Məktəbəqədər təhsil
  • Digər
  • Xəbərlər

Xüsusiyyətlər

  • Direktorların işə qəbulu
  • Müavinlərin işə qəbulu
  • UBTR və Kitabxanaçıların işə qəbulu
  • Audio və video izahlar
  • Testlər və PDF-lər
  • Birsinaq.az (daha çox test üçün)

© 2026 DİREKTOR.AZ Bütün hüquqlar qorunur.