
MDU-nun tələbələri veloyürüş keçiriblər
Təhsil ocaqlarında keçirilən ictimai təşəbbüslər, tələbə həyatınınmaraqlı hadisələrini yaxından izləmək üçün direktor.az-a abunə olun. Təhsil dünyasındakı yeniliklərdən və aktual hadisələrdən xəbərdar qalmaq üçün bildirişləri aktiv edin.
Mingəçevirdə Beynəlxalq Universitet İdmanı Gününə həsr olunmuş veloyürüş təşkil edilib.
Direktor.az xəbər verir ki, Mingəçevir Dövlət Universiteti Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi ilə birgə Beynəlxalq Universitet İdmanı Günü münasibətilə kütləvi veloyürüş təşkil edib. Yürüş gənclər arasında idmana olan marağın artırılması və hərəkətli yaşam mədəniyyətinin möhkəmləndirilməsi məqsədi daşıyıb.
Təşkilatçılar qısaməsafəli marşrutlarda velosipeddən yararlanmağın həm sağlamlıq, həm də ətraf mühitin qorunması baxımından əvəzsiz alternativ olduğunu qeyd ediblər.
Universitet daxilində sağlam təhsil mühitini gücləndirməyə xidmət edən bu aksiya, eyni zamanda MDU-nun dayanıqlı şəhər mühiti, iqlim dəyişikliyi ilə mübarizə və ekoloji məsuliyyət prinsiplərinə sadiqliyinin əyani göstəricisi olub.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin