
Müəllimlər üçün onlayn təlim keçiriləcək
Gənc pedaqoqlar üçün qiymətləndirmə və şagird inkişafına dair onlayn vebinarlar barədə məlumatlar üçün direktor.az-a abunə olun. Müəllimlərin peşəkar inkişafı, metodik dəstək təlimləri və təhsil sahəsindəki layihələri izləmək üçün bildirişləri aktiv edin.
Yeni işə başlayan müəllimlər üçün növbəti onlayn vebinar təşkil olunacaq.
Direktor.az xəbər verir ki, bu barədə Azərbaycan Gənc Müəllimlər Assosiasiyası məlumat verib.
21 sentyabr saat 16:00-da baş tutacaq vebinar "Qiymətləndirmə, əks-əlaqə və şagird inkişafının izlənməsi" mövzusuna həsr olunacaq. Təlimin əsas qayəsi müəllimlərə müasir dərslərin planlaşdırılması, qabaqcıl tədris metodlarının mənimsənilməsi və peşəkar mühitə çevik uyğunlaşma prosesində kömək göstərməkdir.
Görüşdə sahə üzrə mütəxəssislər çıxış edəcək:
Səltənət Qurbanova (Moderator) – AGMA-nın sədr müavini, ARTİ-nin aparıcı metodisti və Gəncə şəhəri İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi;
Pərvinə Qədimova – Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri, ARTİ-nin baş metodisti;
Nəzakət Mehdiyeva – Azərbaycan Respublikasının Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin direktoru.
Təlim canlı yayım formatında AGMA-nın rəsmi "Facebook" səhifəsində yayımlanacaq.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin