
Qarabağ RTİ-i vakansiya elan edib
Məktəblərdə əlavə iş yeri müsabiqəsi və pedaqoqlar üçün seçim meyarları barədə məlumatları izləmək üçün direktor.az-a abunə olun. Vakansiyalar, müəllimlərin işə qəbulu və təhsil sahəsindəki bütün elanları vaxtında izləmək üçün bildirişləri aktiv edin.
Ağdərədəki məktəblərdə əlavə iş yeri axtaran müəllimlər üçün müsabiqə elan olunur.
Direktor.az xəbər verir ki, bu barədə Qarabağ Regional Təhsil İdarəsindən məlumat verilib. Ağdərə rayonunun ümumtəhsil ocaqlarında müddətli əmək müqaviləsi əsasında ikinci iş yeri üzrə pedaqoji kadrların seçiminə start verilir.
Namizədlərin seçim mərhələsində əsas meyarlar aşağıdakı kimi müəyyənləşdirilib:
Sertifikatlaşdırma mərhələsindən ən azı 51 bal toplamış namizədlərə üstünlük tanınacaq;
Sertifikatlaşdırmada iştirak etməyən pedaqoqların isə sonuncu qiymətləndirmə (müəllimlərin işə qəbulu və ya diaqnostik qiymətləndirmə) göstəricisi minimum 85 faiz təşkil etməlidir.
Ağdərə məktəblərində müvəqqəti əsaslarla əlavə iş yerində fəaliyyət göstərmək istəyən şəxslər 22 sentyabr 2026-cı il saat 16:00-a qədər müraciətlərini elektron qaydada təqdim edə bilərlər.
Elektron müraciət forması: https://forms.gle/jtDcgmAijvzsSwmU7
Mövcud vakansiyalar: https://docs.google.com/spreadsheets/d/1YQgsS27iyBc-269MS4XqnVak7FZjKMW-J5qmdZCkngg/edit?usp=sharing
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin