
5 ölkənin mütəxəssisləri AzMİU-da toplaşacaq
Ali təhsil ocaqlarında keçirilən qlobal elmi layihələr, mühəndislik innovasiyaları və universitet xəbərlərini izləmək üçün direktor.az-a abunə olun. Təhsil və elm gündəmindəki ən vacib yeniliklərdən agah olmaq üçün bizi izləməyə davam edin.
Oktyabrın 2-də Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) seysmik təhlükəsizlik sahəsində mühüm beynəlxalq vörkşopa ev sahibliyi edəcək.
Direktor.az xəbər verir ki, “Seysmik izolyasiya və enerji dissipasiyası tətbiqlərində son nailiyyətlər” devizi altında təşkil olunan toplantıda dünya təcrübəsi, mühəndislik innovasiyaları və son elmi tapıntılar diqqət mərkəzində saxlanılacaq.
AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədovanın fəxri sədrliyi və professor Azər Kazımzadənin rəhbərliyi ilə baş tutacaq foruma Böyük Britaniya, Yaponiya, Türkiyə və İtaliyadan nüfuzlu alimlər qatılacaq. Tədbirin spikerləri arasında seysmik mühəndislik üzrə qlobal miqyasda tanınan professorlar Mustafa Erdik, Akira Wada, Toru Takeuchi, Anastasios Sextos, Paolo Clemente, eləcə də mütəxəssislər Bahadır Şadan və Cüneyt Tüzün çıxış edəcəklər.
Toplantıda binaların layihələndirilməsində seysmik risklərin minimuma endirilməsi, yeni nəsil izolyasiya mexanizmləri, inklüziv dayanıqlılıq və tarixi-mədəni abidələrin yeraltı təkanlardan qorunması kimi məsələlər müzakirə olunacaq. Layihənin əsas məqsədi nəzəri elmlə praktiki inşaat sahəsi arasında inteqrasiyanı dərinləşdirmək və beynəlxalq əlaqələri gücləndirməkdir.
Vörkşop çərçivəsində universitetin elmi infrastrukturunda da mühüm addım atılacaq. Belə ki, AzMİU-nun Zəlzələ Mühəndisliyi Elmi-Tədqiqat Mərkəzində bp şirkətinin dəstəyilə qurulan “Strateji əhəmiyyətli binaların və qurğuların monitorinqi və qiymətləndirilməsi laboratoriyası” fəaliyyətə başlayacaq.
Müasir avadanlıqlarla təchiz edilən mərkəz ölkədəki mühüm infrastruktur obyektlərinin seysmik dayanıqlığının davamlı monitorinqinə, zəlzələ risklərinin təhlilinə və bu istiqamətdə yüksəkixtisaslı kadrların hazırlanmasına töhfə verəcək.
Tədbir fəlakət risklərinin azaldılması və tikinti mühəndisliyi üzrə çalışan ekspertlər üçün geniş elmi platforma rolunu oynayacaq. İştirak və proqramla bağlı təfərrüatlarla vörkşopun rəsmi internet səhifəsindən tanış olmaq mümkündür:
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin