
Məleykə Abbaszadə Dövlət Suverenlik Günü ilə bağlı paylaşım edib
İmtahan prosesləri, rəsmi təhsil siyasəti və dövlət qurumlarının rəsmi xəbərlərini izləmək üçün direktor.az-a abunə olun. Təhsil gündəmindəki yeniliklər və rəsmi xəbərlərdən agah olmaq üçün bizi izləyin.
Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə təbriklərini çatdırıb.
DİM sədri bildirib ki, bir neçə gün öncə Xankəndidə təşkil edilən Türk Dövlətlərinin müvafiq qurumlarının V görüşü çərçivəsində xarici qonaqlarla birgə Şuşaya səfər ediblər. O, əlamətdar gün ərəfəsində baş tutan bu səfərin xüsusi rəmzi məna daşıdığını vurğulayıb:
“Suverenlik yalnız sərhədlərin bərpası deyil, həm də həmin ərazilərdə parlaq gələcəyin əsasını qoymaq, insanları ortaq məqsədlər ətrafında birləşdirmək, yeni tərəfdaşlıqlar qurmaq və dünyaya öz sözünü çatdırmaq imkanıdır. Bu gün Xankəndidə qlobal tədbirlərin gerçəkləşməsi, Şuşada dost ölkələrin təmsilçilərinin qəbul edilməsi, eləcə də Qarabağdan təhsil və insan kapitalının inkişafı ilə bağlı mesajların verilməsi suverenliyimizin ən aydın göstəricisidir.”
Məleykə Abbaszadə bu tarixi reallığın təmin olunmasında müstəsna xidmətləri olan Müzəffər Ali Baş Komandan İlham Əliyevə və rəşadətli Azərbaycan Ordusuna minnətdarlığını ifadə edib. O, torpaqlarımızın azadlığı və dövlət suverenliyimizin bərpası uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla anaraq, qazilərimizə cansağlığı diləyib və xalqımızı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin