
Azərbaycan Universitetinin tələbələri Türkiyədə təhsil ala bilərlər
Xaricdə təhsil imkanları, təqaüdlər və universitetlərin ən aktual elanlarını izləmək üçün direktor.az saytına abunə olun. Təhsil dünyasındakı mühüm fürsətləri qaçırmamaq və yeniliklərdən məlumat almaq üçün bizi izləyin.
Azərbaycan Universitetində «Filologiya (ingilis dili)» ixtisası üzrə təhsil alan tələbələr üçün növbəti beynəlxalq təhsil imkanı elan olunub.
Direktor.az xəbər verir ki, Türkiyənin nüfuzlu ali təhsil ocaqlarından olan İstanbul Arel Universiteti 2026/2027-ci tədris ilinin yaz semestri çərçivəsində tələbə mübadiləsi proqramına sənəd qəbulu həyata keçirir.
Mübadilə proqramında iştirak etmək istəyən namizədlər üçün müəyyən edilmiş tələblər aşağıdakılardır:
Dil bilikləri: İngilis və ya türk dili üzrə minimum B2 səviyyəsi;
Akademik göstərici: Ümumi orta müvəffəqiyyət (GPA) balının ən azı 75/100 olması;
İxtisas uyğunluğu: Namizədin tədris proqramının ixtisasa tam cavab verməsi.
Şərtlərə cavab verən və müsabiqədə iştirak etmək istəyən namizədlər akademik transkriptlərini (orta bal 75-dən yuxarı olmaq şərtilə) universitetin Beynəlxalq əlaqələr şöbəsinə (IV mərtəbə, 504 nömrəli otaq) təqdim etməlidirlər.
Müraciət üçün son tarix 01 oktyabr 2026-cı ildir.
Proqram haqqında ətraflı məlumat və rəsmi bildirişlə tanış olmaq üçün keçid linki:
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin