
Pedoqoji Universitet 40 yeni ixtisaslaşma proqramı hazırlayıb
Ali təhsil müəssisələrində magistratura pilləsi üzrə hazırlanan yeni ixtisaslaşma proqramı, müasir kurikulum islahatları və tədris planları barədə məlumatlar üçün direktor.az-a abunə olun. Ali məktəb idarəçiliyi, təhsil sistemində həyata keçirilən ən strateji yeniliklərdən xəbərdar olmaq üçün bizi izləməyə davam edin.
Azərbaycan Dövlət Pedaqoji Universitetində magistratura təhsili üçün 40 yeni ixtisaslaşma proqramı hazırlanıb.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. ADPU-da magistratura pilləsində tədrisin keyfiyyətinin yüksəldilməsi və məzmununun yenilənməsi istiqamətində növbəti addımını atıb. Yeni tədris ilinə hazırlıq mərhələsində universitetin xüsusi yaradılmış işçi qrupu tərəfindən 40 müxtəlif ixtisaslaşmanı əhatə edən müasir təhsil proqramları tərtib edilib.
Hazırlanan yeni kurikulum və tədris planları rəsmi təsdiq olunması üçün aidiyyəti üzrə təqdim edilib. Yenilənmiş proqramlar tələbələrin əmək bazarının müasir tələblərinə və beynəlxalq standartlara uyğun bilik və bacarıqlara yiyələnməsinə xidmət edəcək.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin