
BDU əməkdaşları Qazaxıstanda beynəlxalq təlimdə iştirak ediblər
Universitetlərdə yeni texnologiyaların tətbiqi, beynəlxalq layihələr və ali məktəblərin xarici əlaqələri ilə bağlı xəbərləri izləmək üçün direktor.az-a abunə olun. Təhsil sahəsində baş verən ən maraqlı hadisələr və yeniliklərdən vaxtında xəbərdar olmaq üçün bizi izləyin.
Bakı Dövlət Universitetinin Azərbaycan-Koreya Kompüter Elmləri Mərkəzinin direktoru İsmayıl Zeynalov və İnformasiya Texnologiyaları Mərkəzinin əməkdaşı Nihat Qəribli Qazaxıstanın Öskəmən şəhərində keçirilən “CDIO Asian Regional Meeting 2026” beynəlxalq təlim-seminarında iştirak ediblər.
Direktor.az xəbər verir ki, bu barədə BDU-dan bildirilib. Şərqi Qazaxıstan Texniki Universitetinin ev sahibliyi etdiyi tədbir “Yeni nəsil mühəndislik: akademiya, sənaye və süni intellektin yeni triadası” mövzusuna həsr olunub. Mərkəzi Asiyada ilk dəfə təşkil olunan təlim-seminarda 15 ölkədən 50-dən çox nümayəndə iştirak edib.
Qeyd edək ki, CDIO mühəndislik təhsili sahəsində dünyanın 200-dən çox ali təhsil müəssisəsini birləşdirən beynəlxalq təşəbbüsdür.
Təlim-seminar çərçivəsində BDU əməkdaşları “Diaqnostikadan fəaliyyətə: universitetin sahibkarlıq ekosisteminin CDIO vasitəsilə transformasiyası” mövzusunda dəyirmi masa və təcrübə mübadiləsi sessiyalarında iştirak ediblər. Dəyirmi masa zamanı tələbə ideyalarının prototipləşdirilməsi və sınaq mərhələsinə çatdırılması imkanları müzakirə olunub. Təcrübə mübadiləsi sessiyalarında isə təhsildə süni intellektin tətbiqi və ali təhsildə süni intellektdən məsuliyyətli istifadə, CDIO yanaşmasının ABET akkreditasiya standartları ilə uyğunlaşdırılması, eləcə də universitet-sənaye tərəfdaşlığı ilə bağlı təqdimatlar dinlənilib.
Səfər çərçivəsində müxtəlif universitetlərin nümayəndələri ilə görüşlər keçirilib, ali təhsildə mühəndislik və innovasiya istiqamətləri üzrə fikir və təcrübə mübadiləsi aparılıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin