
Tibb Universitetinin rezidenti Vyanada konqresdə iştirak edir
Universitetlərdə elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsini, proqramların qlobal standartlara uyğunlaşdırılmasını izləmək üçün direktor.az-a abunə olun. Ali təhsil idarəçiliyi, təhsil müəssisələrinin beynəlxalq reytinq göstəricilərindən xəbərdar olmaq üçün bizi izləməyə davam edin.
Azərbaycan Tibb Universitetinin I kurs dermatovenerologiya ixtisası üzrə həkim-rezidenti Murad Məmmədov Avstriyanın paytaxtı Vyanada keçirilən Avropa Dermatologiya və Venerologiya Akademiyasının (EADV) 35-ci illik konqresində iştirak edir.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Dünyanın müxtəlif ölkələrindən 17 mindən çox nümayəndəni bir araya gətirən beynəlxalq tədbir allerqologiya, dermatologiya və cinsi sağlamlıq sahələrində ən son elmi nailiyyətlərin, müasir diaqnostika imkanlarının və innovativ müalicə üsullarının müzakirə edildiyi mühüm elmi platformalardan biridir. ATU rezidentinin beynəlxalq elmi tədbirdə iştirakı onun peşəkar bilik və təcrübəsinin artırılması, eləcə də müasir dermatologiyanın son nailiyyətləri ilə tanış olması baxımından xüsusi əhəmiyyətə malikdir.
Konqresin elmi proqramında dermatologiyada süni intellektin diaqnostikada tətbiqi, iqlim dəyişikliyinin dəri sağlamlığına təsiri, eləcə də dəri xəstəliklərinin müalicəsində son klinik yeniliklər əsas mövzular sırasında yer alır.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin