
Qarabağ RTİ-i vakansiya elan edir
Qarabağ və Şərqi Zəngəzur bölgələrində pedaqoji fəaliyyət imkanlarını, müəllimlərin işə qəbulu prosesini və təhsil sahəsindəki rəsmi vakansiyaları izləmək üçün direktor.az-a abunə olun. Təhsil idarəçiliyi, dövlət proqramları çərçivəsində həyata keçirilən kadr təyinatları ilə bağlı elanlardan xəbərdar olmaq üçün bizi izləməyə davam edin.
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı və Elm və Təhsil Nazirliyinin qrant dəstəyi ilə icra olunan “Lider məktəb: Gələcəyin təhsil rəhbərləri üçün inkişaf akademiyası” adlı layihəyə yekun vurulub.
Direktor.az xəbər verir ki, təhsil sahəsində strateji qərarlar qəbul edə bilən və komandasına istiqamət verən yeni nəsil liderlərin yetişdirilməsini hədəfləyən layihənin son mərhələsi olaraq “Yeni tədris ili: Məktəbdə keyfiyyətli başlanğıc” adlı yekun konfrans keçirilib.
Assosiasiyanın sədri Pərvinə Qədimovanın sözlərinə görə, layihənin və konfransın əsas qayəsi yeni tədris ilinə yalnız inzibati və təşkilati baxımdan deyil, həm də metodiki və pedaqoji cəhətdən məzmunlu başlanğıc təmin etmək olub. Müzakirələrdə qiymətləndirmə mexanizmlərinin sadəcə formal nəticə çıxarmaq deyil, toplanan məlumatlar əsasında şagirdin inkişaf ehtiyaclarını müəyyənləşdirmək və tədris planlarını tənzimləmək üçün analitik vasitəyə çevrilməsinin vacibliyi vurğulanıb. Eyni zamanda məktəblərdə dərsdinləmə prosesinə ənənəvi yoxlama və nəzarət aləti kimi deyil, müəllimlərin peşəkar potensialını aşkarlayan, pedaqoji əməkdaşlığı gücləndirən və keyfiyyəti birgə təhlil edən dəstək mexanizmi kimi yanaşılması təşviq edilib.
Layihə çərçivəsində müəllimin funksiyasının sadəcə informasiya ötürməkdən çıxaraq tədqiqat və bacarıqları formalaşdıran mühit quruculuğuna yönəlməsi, eləcə də idarəçilərin liderlik səriştələrinin artırılması istiqamətində əldə olunan nəticələr konfrans vasitəsilə geniş pedaqoji ictimaiyyətin müzakirəsinə təqdim olunub.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin