
Qəbələ Peşə Təhsil Mərkəzində pedaqoji heyətlə görüş keçirilib
Peşə təhsili müəssisələrində kadr potensialının gücləndirilməsi, innovativ tədris metodlarının tətbiqini izləmək üçün direktor.az-a abunə olun. Elm və təhsil idarəçiliyi siyasəti, peşə təhsilinin inkişaf standartlarından xəbərdar olmaq üçün bizi izləyin.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində cari tədris ilində əmək fəaliyyətinə yeni başlayan mühəndis-pedaqoji heyətlə görüş keçirilib.
Direktor.az xəbər verir ki, görüş zamanı mühəndis-pedaqoji heyətə, mərkəzin fəaliyyəti, tədris prosesinin təşkili, pedaqoji kollektivlə əməkdaşlıq, daxili intizam qaydaları və müəllimlərin qarşısında duran əsas vəzifələr barədə məlumat verilib. Həmçinin, müəllimlərin təhsilalanlarla düzgün ünsiyyət qurması, müasir təlim metodlarından səmərəli istifadə etməsi, peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə töhfə verməsi və kollektivə uğurlu inteqrasiyası ilə bağlı fikir mübadiləsi aparılıb.
Görüş qarşılıqlı fikir mübadiləsi və müəllimlərin suallarının cavablandırılması ilə davam edib.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin