
Quba-Xaçmaz məktəblərində gənc müəllimlərlə görüş keçirilib
Gənc kadrların peşəkar inkişafına yönəlmiş tədbirləri, rəsmi elanları izləmək üçün direktor.az-a abunə olun. Təhsil sektorundakı son xəbərlərdən, adaptasiya proqramlarından xəbərdar olmaq üçün bizi izləyin.
Qusar rayonu üzrə ümumi təhsil müəssisələrində fəaliyyətə yeni başlayan gənc müəllimlərlə adaptasiya proqramı çərçivəsində görüş təşkil olunub.
Direktor.az xəbər verir ki, bu barədə Quba-Xaçmaz Regional Təhsil İdarəsindən bildirilib. Görüşdə Qusar rayonu üzrə təhsil sektorunun müdiri Nairə Kliçova, gənc müəllimlər və onların çalışacaqları təhsil müəssisələrinin direktorları iştirak ediblər.
Görüşün əsas məqsədi gənc müəllimlərin yeni iş mühitinə daha asan uyğunlaşmasına şərait yaratmaq, onların pedaqoji fəaliyyətə inteqrasiyasını dəstəkləmək və qarşılaşa biləcəkləri çətinliklərin aradan qaldırılmasına kömək göstərmək olub.
Söhbət zamanı gənc müəllimlərə peşə fəaliyyətlərində uğurlar arzulanıb, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, sualları cavablandırılıb, təklif və gözləntiləri dinlənilib. Həmçinin məktəb rəhbərliyi ilə səmərəli əməkdaşlığın, təcrübə mübadiləsinin və qarşılıqlı dəstəyin gənc müəllimlərin peşəkar inkişafında mühüm rol oynadığı qeyd edilib.
Qeyd edək ki, adaptasiya proqramı çərçivəsində keçirilən bu cür görüşlər gənc müəllimlərin təhsil müəssisələrinin kollektivinə inteqrasiyasına, pedaqoji bacarıqlarının inkişafına və tədris prosesində daha inamlı fəaliyyət göstərmələrinə dəstək məqsədi daşıyır.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

