
IV, VI və IX siniflər üzrə monitorinqlər təşkil edilir
Təhsil monitorinqlərini, imtahan yeniliklərini izləmək üçün direktor.az-a abunə olun. Təhsil sektorundakı keyfiyyət qiymətləndirmələri, təhlil nəticələrindən xəbərdar olmaq üçün bizi izləyin.
“2026–2027-ci tədris ili üzrə Keyfiyyət Fəaliyyət Planı”nın icrası çərçivəsində Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IV, VI və IX sinif şagirdləri üçün monitorinqlər təşkil edilir.
Direktor.az xəbər verir ki, bu barədə Qazax-Tovuz Regional Təhsil İdarəsindən bildirilib. Bu çərçivədə Şəmkir, Tovuz, Qazax və Ağstafa rayonları üzrə ümumi təhsil müəssisələrində IV, VI və IX sinif şagirdləri arasında monitorinqlər keçirilib.
Monitorinqlərin əsas məqsədi şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi, təlim nəticələrinin təhlili, mövcud çatışmazlıqların müəyyənləşdirilməsi və onların aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsidir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

