
Şagirdlərin repetitor asılılığını azaltmaq üçün yeni tədris modelinə keçilib
Orta məktəblərdə tətbiq olunan yeniliklər, qabaqcıl pedaqoji kadr təyinatlarınç izləmək üçün direktor.az-a abunə olun. Təhsil gündəmindəki mühüm dəyişikliklərdən və rəsmi xəbərlərdən xəbərdar olmaq üçün bizi izləməyə davam edin.
Gəncə şəhərində şagirdlərin repetitor asılılığını minimuma endirmək və birbaşa məktəb mühitində ali məktəblərə tam hazırlığını təmin etmək məqsədilə yeni təmayüllü tədris modelinin tətbiqinə başlanılıb.
Direktor.az xəbər verir ki, bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib. Belə ki, N.Aydın adına 18 nömrəli tam orta məktəbdə dərs deyəcək qabaqcıl pedaqoji heyətin təqdimat mərhələsi davam etdirilir. Tədris prosesinə cəlb edilən pedaqoqlar xüsusi seçim mərhələsindən keçiblər. Komandaya yalnız sertifikasiya imtahanlarında yüksək bal toplayan və müsahibə mərhələsini uğurla tamamlayan təcrübəli müəllimlər daxil edilib. Onlar şagirdlərin akademik biliklərini ən yüksək səviyyəyə çatdırmağı hədəfləyir. Tətbiq olunan modelin əsas məqsədi orta məktəblərin akademik nüfuzunu bərpa etmək və tədrisi gücləndirilmiş proqram üzrə qurmaqdır. Bunun sayəsində yuxarı sinif şagirdləri əlavə kurs və ya fərdi hazırlığa vaxt itirmədən, seçdikləri ixtisas qruplarına uyğun fənləri sistemli şəkildə məktəbdə mənimsəyə biləcəklər.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin