
Şagirdlərlə bağlı sosial və emosional vəziyyətlər - Müsahibə sualları 40
Mən ilk növbədə zərər görən uşağın təhlükəsizliyini düşünərəm. Sonra hadisəni qışqırıq və ümumi ittihamla yox, sakit araşdırma ilə açaram. Uşaqları hamının qarşısında üzləşdirmərəm. Əvvəl zərər görən uşaqla ayrıca danışaram.
1- Şagird aqressiv davranırsa, direktor ilk olaraq nə etməlidir?
Mən belə halda ilk növbədə təhlükəsizliyi təmin edərəm. Hadisə davam edirsə, uşaqları ayıraram və vəziyyəti sakitləşdirərəm. Aqressiyanın içində uzun söhbət aparmaq düzgün deyil. Əvvəl davranışı dayandırmaq lazımdır, sonra səbəbi anlamaq. Mən həmin uşağı dərhal damğalamağa çalışmaram. Sonra kimlə, nə vaxt, hansı səbəbdən bu hal baş verdiyini aydınlaşdıraram. Sinif rəhbəri, növbətçi müəllim və lazım gələrsə psixoloqdan məlumat alaram. Mənim üçün düzgün ardıcıllıq budur: təhlükəsizlik, sakitləşdirmə, araşdırma, sonra müdaxilə planı.
Abunə Məzmunu
Bu məqaləyə və bütün premium məzmuna tam giriş əldə etmək üçün abunə olun.