
SDU məzununun “Sərhədsiz həyat” kitabının təqdimatı keçirilib
Ali təhsil müəssisələrimizdə məzun uğurlarını, inklüziv təşəbbüsləri izləmək üçün direktor.az-a abunə olun. Universitet həyatındakı ilhamverici hekayələr, mədəni-maarif tədbirlərindən xəbərdar olmaq üçün bizi izləyin.
Sumqayıt Dövlət Universitetinin (SDU) Kitabxana İnformasiya Mərkəzində Dayanıqlı İnkişaf Mərkəzi və İnklüziv Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə universitetin məzunu Yusif Əlilinin “Sərhədsiz həyat” kitabının təqdimatı keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Tədbir çərçivəsində müəllifin rəsm əsərlərindən ibarət sərgi də nümayiş olunub.
Tədbirdə çıxış edən SDU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, dosent Elmar Xəlilov məzun Yusif Əlilinin həyat yolunu əks etdirən kitabın ərsəyə gəlməsini əlamətdar hadisə kimi qiymətləndirib. O, Yusifin tələbəlik illərində təhsilə məsuliyyətli yanaşması, müəllimlərinə və universitet mühitinə münasibəti, nümunəvi tələbə davranışı ilə seçildiyini qeyd edib. Bir müəllimi kimi onun uğurlarından qürur duyduğunu bildirən prorektor Yusif Əlilinin universitetin uğurlu məzunlarından biri kimi qürur doğurduğunu vurğulayıb, müəllifə yeni yaradıcılıq nailiyyətləri arzulayıb.
Sonra Yusif Əlilinin anası Xatirə Əliyeva çıxışında oğluna göstərilən diqqət, qayğı və dəstəyə görə universitet rəhbərliyinə, müəllimlərə və tədbirin təşkilində əməyi olan hər kəsə minnətdarlığını ifadə edib.
Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin Gənclərlə iş sektorunun müdiri Ceyhun Hüseynov, Sumqayıt Dövlət Texniki Kollecinin direktoru Əsmər Vəliyeva, SDU-nun Energetika və rəqəmsal texnologiyalar fakültəsinin dekanı, dosent Ulduz Ağayev, SDU Kitabxana İnformasiya Mərkəzinin direktoru Leyla Allahverdiyeva, SDU İnklüziv Təhsil Mərkəzinin rəhbəri, dosent Aytəkin Məmmədova, SDTK-nın “İnformasiya texnologiyaları və kimya” şöbəsinin müdiri Samiddin Qasımov, müəllifin dostu, universitet məzunu Emil Məmmədov və başqaları çıxış ediblər. Natiqlər kitabın həyata bağlılıq, mübarizə əzmi və bütün çətinliklərə baxmayaraq məqsədə çatmaq iradəsini əks etdirdiyini diqqətə çatdırıblar.
Müəllif Yusif Əlili çıxışında ilk kitabının məzunu olduğu doğma universitetdə təqdim edilməsindən məmnunluğunu ifadə edib, tədbirin təşkilinə və göstərilən dəstəyə görə SDU rəhbərliyinə minnətdarlığını bildirib. Daha sonra kitabın təqdimatı keçirilib, tədbir iştirakçıları ilə xatirə fotosu çəkdirilib.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

