
Şəki-Zaqatala RTİ-də mövcud vakansiyalar üzrə nəticələr açıqlanıb
Regional təhsil strukturlarında kadr təminatını, məktəblərdə köməkçi heyətin işə qəbulu prosesinə dair təlimatları izləmək üçün direktor.az-a abunə olun. Təhsil idarəçiliyi, regional kadr siyasəti və Elm və Təhsil Nazirliyinin tabeliyindəki qurumların rəsmi elanlarından xəbərdar olmaq üçün bizi izləməyə davam edin.
16–17 sentyabr 2026-cı il tarixlərində keçirilmiş inzibati-təsərrüfat və tədris-köməkçi heyətin işə qəbulu müsabiqəsində iştirak edən namizədlərin topladıqları ballar açıqlanıb.
Direktor.az xəbər verir ki, bu barədə Şəki-Zaqatala Regional Təhsil İdarəsindən bildirilib. Namizədlər topladıqları balla aşağıdakı linkə daxil olaraq şəxsiyyət vəsiqəsinin FİN kodunu daxil etməklə tanış ola bilərlər:
İmtahandan uğurla keçən namizədlər topladıqları bala əsasən vakant vəzifələr üzrə sıralanaraq yerləşdiriləcəklər.
Eyni bal toplayan namizədlər arasında üstünlük aşağıdakı ardıcıllıqla müəyyən ediləcək:
- Müharibə iştirakçıları və onların ailə üzvləri;
- Təhsil səviyyəsi daha yüksək olan şəxslər;
- İş stajı daha çox olan şəxslər;
- Müəssisəyə daha yaxın ərazidə yaşayan şəxslər.
Yaxın günlərdə namizədlərin topladıqları ballara əsasən sıralamadakı yerləri və vəzifələr üzrə tələb olunan sənədləri sektor əməkdaşları tərəfindən yenidən yoxlanıldıqdan sonra vakant vəzifələr üzrə təyinatlar həyata keçiriləcək.
Müsabiqədən uğurla keçərək vakant vəzifəyə yerləşdirilməyən namizədlər cari tədris ilinin sonunadək ehtiyat kadr kimi saxlanılacaqlar. Şəhid ailəsi üzvlərinin inzibati-təsərrüfat və tədris-köməkçi vəzifələrə işə qəbulu müvafiq tələblərə uyğunluğu yoxlanılmaqla müsabiqədənkənar qaydada həyata keçirilir.
Nəticələrin açıqlanmasından etibarən 3 iş günü ərzində müsabiqənin nəticələrindən narazı qalan namizədlər müvafiq rayon təhsil sektoruna müraciət edərək apellyasiya şikayəti verə bilərlər.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin