
Təhsildə Keyfiyyət Təminatı Agentliyi təlim keçirib
Peşə təhsili müəssisələrində akkreditasiya qiymətləndirilməsini həyata keçirəcək ekspertlər ü xüsusi təlim proqramından xəbərdar olmaq üçün direktor.az-a abunə olun. Təhsildə keyfiyyət təminatı, qiymətləndirmə mexanizmləri və peşə məktəblərində tətbiq olunan vahid standartları yaxından izləmək üçün bildirişləri aktiv edin.
Peşə təhsili müəssisələrində akkreditasiya aparacaq ekspertlər üçün təlim təşkil olunub
Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən 8–10 sentyabr tarixlərində Peşə Təhsili Müəssisələrində (PTM) akkreditasiya qiymətləndirilməsi prosesinə cəlb ediləcək ekspert heyəti üçün xüsusi təlim proqramı reallaşdırılıb. Tədbirdə müxtəlif peşə təhsili ocaqlarını təmsil edən 20-dən çox nümayəndə iştirak edib.
Proqramın əsas qayəsi iştirakçılarda akkreditasiyanın mahiyyəti, əsas hədəfləri və tətbiq olunan qiymətləndirmə mexanizmləri ilə bağlı vahid yanaşma formalaşdırmaqdan ibarət olub. Bununla yanaşı, təlim müddətində ekspertlərin qiymətləndirmə prosesində daha səmərəli və peşəkar fəaliyyət göstərmələri üçün zəruri praktiki bilik və bacarıqların gücləndirilməsinə xüsusi diqqət yetirilib.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin