
Tibb Universitetinin əməkdaşı Özbəkistanda məruzə ilə çıxış edib
Ali təhsil müəssisələrimizin beynəlxalq elmi platformalardakı uğurlarını, tibb sahəsindəki qabaqcıl tədqiqatlarını izləmək üçün direktor.az-a abunə olun. Universitetlərimizin qlobal nailiyyətləri, rəsmi elanlardan xəbərdar olmaq üçün bizi izləyin.
Azərbaycan Tibb Universitetinin (ATU) əməkdaşı Özbəkistanın Daşkənd şəhərində keçirilən Mamalıq və Ginekologiya, Genital Estetik Cərrahiyyə üzrə Avrasiya Konqresində iştirak edib.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Beynəlxalq miqyaslı elmi tədbirdə ATU-nun I Mamalıq və ginekologiya kafedrasının dosenti Sevinc İsmayılova “Hamiləlik dövründə uşaqlıq boynunun anomal sitoloji dəyişiklikləri” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə hamiləlik zamanı uşaqlıq boynunda müşahidə olunan anomal sitoloji dəyişikliklərin klinik əhəmiyyəti, onların vaxtında aşkarlanması və düzgün qiymətləndirilməsinin ana sağlamlığının qorunmasında rolu diqqətə çatdırılıb.
ATU əməkdaşının iştirakı Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədləri ilə də uzlaşır. Xüsusilə, DİM 3 – Sağlamlıq və rifah məqsədi çərçivəsində ana sağlamlığının qorunması, hamiləlik dövründə sağlamlıq risklərinin vaxtında aşkarlanması və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində elmi biliklərin inkişafına töhfə verir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

