
Ümumi təhsil müəssisələrinin direktorları ilə görüşlər keçirilib - MÜTDA
Metodiki təlimlər, dərs planlaşdırılması və qiymətləndirmə standartları ilə bağlı yenilikləri öyrənmək üçün direktor.az-a abunə olun. Məktəbdaxili metodiki xidmətin təkmilləşdirilməsinə və müəllimlərin peşəkar inkişafına yönələn təşəbbüslərdən məlumatlı olmaq üçün bizi izləyin.
2026–2027-ci tədris ili üzrə təhsilin keyfiyyətinin yüksəldilməsi və ümumi təhsil müəssisələrində keyfiyyət təminatı mexanizmlərinin gücləndirilməsi məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi və bütün regional təhsil idarələrinin tabeliyində olan ümumi təhsil müəssisələrinin rəhbərləri ilə Keyfiyyət Fəaliyyət Planının (KFP) icrasına dair görüşlər keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə
Dövlət Agentliyindən bildirilib.
Görüşlərin əsas məqsədi Keyfiyyət Fəaliyyət Planının icra vəziyyətinin müzakirəsi, təhsil müəssisələrinin akademik nəticələrinin təhlili, keyfiyyətə təsir edən amillərin və mövcud inkişaf ehtiyaclarının müəyyənləşdirilməsi, eləcə də qarşıya qoyulmuş strateji hədəflərə nail olunması istiqamətində həyata keçirilən tədbirlərin təkmilləşdirilməsi olub.
Görüşlər zamanı MÜTDA və təhsil idarələrinin aidiyyəti struktur bölmələrinin nümayəndələri tərəfindən akademik nəticələr, mövcud problemlər və inkişaf prioritetləri üzrə təqdimatlar edilib, məktəb rəhbərləri ilə qarşıda duran vəzifələr və onların icra mexanizmləri ətrafında fikir mübadiləsi aparılıb. Keyfiyyət Fəaliyyət Planının icrası çərçivəsində daxili keyfiyyət təminatı və özünüqiymətləndirmə mexanizmlərinin gücləndirilməsi, zəif nəticə göstərən şagirdlərə hədəfli dəstək, müəllimlərin peşəkar inkişafı, həmçinin şagird davamiyyətinin, valideynlərlə əməkdaşlığın və məktəbdaxili idarəetmənin təkmilləşdirilməsi, tədbirlərin icrasına nəzarət və korrektiv müdaxilələrin həyata keçirilməsi xüsusi vurğulanıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

