
100 mindən çox müəllim tədrisə başlayır
Yeni tədris ilində birinci sinfə qədəm qoyan şagird statistikası, 100 mindən artıq müəllimin fəaliyyəti və təhsildə məktəb-valideyn əməkdaşlığı ilə bağlı nazir Emin Əmrullayevin açıqlamalarından məlumatlı olmaq üçü direktor.az-a abunə olun. Məktəblərdəki islahatları, rəsmi statistikanı və təhsil gündəmindəki vacib yenilikləri qaçırmamaq üçün bildirişləri aktiv edin.
125 mindən çox şagird birinci sinfə qədəm qoyur".
Direktor.az Oxu.az-a istinadla xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev 21 nömrəli tam orta məktəbdə Bilik Günü ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı deyib.
O şagirdləri, müəllimləri, valideynləri bu gün münasibətilə təbrik edib:
"Həyatımızda öyrəndiklərimizin böyük hissəsini orta məktəbdə öyrənmişik. Builki birinci sinfə qədəm qoyan şagirdlərin timsalında hər kəsi təbrik edirəm, uğurlar diləyirəm. Hər birinə təhsil nailiyyətləri arzu edirəm.
Birincilərimiz vətəndaş kimi formalaşmağa qədəm qoyublar. Onların oxumaqla yanaşı, yaxşı insan olmaq da qarşılarında duran əsas məsələlərdəndir
Müəllimlərimizi də təbrik edirəm. Artıq onların da qayğılı günləri başlayır.
Bu il 100 mindən artıq müəllim də tədrisə başlayır. Təhsil müəllimlərin fəaliyyətinin nəticəsidir.
Valideynlər övladlarının yanında olarlarsa, müəllimlərin işi də asanlaşar. Təhsil elə bir sahədir ki, burada əməkdaşlıq olmasa, irəli getmək çətin olar".
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin