
9 nəfər Azərbaycan vətəndaşı Qazaxıstanda təhsil alacaq
Xaricdə təqaüdlü təhsil imkanları, dövlətlərarası akademik mübadilələri izləmək üçün direktor.az-a abunə olun. Tələbə üçün yaradılan beynəlxalq fürsətlərdən xəbərdar olmaq üçün bizi izləyin.
Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında həyata keçirilən Hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində 9 nəfər Azərbaycan vətəndaşı 2026–2027-ci tədris ili üzrə Qazaxıstanın ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb.
Direktor.az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib. Qazaxıstan tərəfinin yekun seçim qərarına əsasən, Azərbaycan vətəndaşlarından 4 nəfər "Al-Farabi Kazakh National University", 2 nəfər "Almaty Management University", 1 nəfər "L.N. Gumilyov Eurasian National University", 1 nəfər "Maqsut Narikbayev University", 1 nəfər isə "Caspian State University of Technology and Engineering named after Sh. Yessenov" universitetində təhsil alacaq.
Təhsil almaq hüququ qazanan şəxslərdən 3 nəfər bakalavriat, 1 nəfər magistratura, 5 nəfər isə doktorantura səviyyəsi üzrə seçilib.
Təhsil proqramları iqtisadiyyat və idarəetmə, humanitar və sosial elmlər, eləcə də yer elmləri ixtisas istiqamətlərini əhatə edir.
Təqaüd proqramı “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyi arasında elm və ali təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən həyata keçirilir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin