
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin heyəti Türkiyədə səfərdədir
Təhsil müəssisələrinin beynəlxalq əməkdaşlığı, tələbə mübadiləsi proqramları ilə bağlı yenilikləri izləmək üçün direktor.az-a abunə olun. Peşə təhsilindəki inkişaf addımlarından xəbərdar olmaq üçün bizi izləyin.
11–18 oktyabr tarixlərində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin 8 nəfər inzibati, mühəndis-pedaqoji heyəti və 8 tələbəsi “Qardaş məktəb” layihəsi çərçivəsində Nevşehir Mesleki ve Teknik Anadolu Lisesində səfərdədir.
Direktor.az xəbər verir ki, səfərin ilk günlərində hər iki təhsil müəssisəsinin rəhbərləri müəssisələrin fəaliyyəti və tədris imkanları barədə təqdimatlar ediblər. Daha sonra Elektrik-Elektronik Teknolojisi, Bilişim Teknolojileri və Motorlu Araçlar Teknolojisi sahələri üzrə tədris otaqları və laboratoriyalarla tanışlıq olub, təcrübə mübadiləsi aparılıb. Layihənin diqqətçəkən tərəfi 8 tələbəmizin öz ixtisaslarına uyğun sahələrdə təhsil alan tələbələrin ailələrində səfər müddətində qonaqlanmasıdır. Tələbələr birlikdə dərslərə qatılır, peşə biliklərini bölüşür, asudə vaxtlarını birgə keçirərək yeni dostluqlar qurur və qardaş ölkənin mədəniyyətləri ilə yaxından tanış olurlar.
Layihə peşə təhsilində əməkdaşlığın genişlənməsinə, iki ölkənin tələbələri arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmlənməsinə töhfə verir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin