
AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar
Ali təhsil müəssisələrinin beynəlxalq nailiyyətləri və universitet həyatı ilə bağlı xəbərləri izləmək üçün direktor.az-a abunə olun. Tələbə gənclərin qələbələri və ölkəmizin maarif sistemindəki hadisələrdən xəbərdar olmaq üçün bizi izləyin.
Qazaxıstanın Aktau şəhərində Xəzər Texnologiya və Mühəndislik Universitetində Xəzəryanı ölkələrin Universitetləri və Elmi-Tədqiqat Mərkəzləri Assosiasiyasının təşkilatçılığı ilə “Xəzər Oyunları” beynəlxalq idman tədbiri keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə Azərbaycan Texniki Universitetindən bildirilib.
Azərbaycan, Qazaxıstan, Rusiya, İran və Türkmənistanın ali təhsil müəssisələrini təmsil edən idmançıların qatıldığı yarışda Azərbaycan Texniki Universitetinin (AzTU) nümayəndə heyəti də iştirak edib. Boks müəllimi İsgəndər Rizayevin rəhbərliyi ilə AzTU-nun 7 tələbəsi yarışda mübarizə aparıb. AzTU tələbələri Murad Mehtili, Asiman Allahyarlı, Ayan Allahverdiyeva, Leyla Ələkbərova, Vüsal Cəlilov, Əlabbas Abdullayev və Aqşin Əlizadə Azərbaycanı və universiteti uğurla təmsil ediblər.
Yüngül atletika, voleybol, futzal, basketbol, üzgüçülük, karate-do, boks, şahmat və kibersport növləri üzrə keçirilən yarışda AzTU tələbələri bir qızıl, iki bürünc medal qazanıblar:
Aqşin Əlizadə — şahmat üzrə 1-ci yer (qızıl medal);
Ayan Allahverdiyeva — şahmat üzrə 3-cü yer (bürünc medal);
Asiman Allahyarlı — boks üzrə 74 kq çəki dərəcəsində 3-cü yer (bürünc medal).
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin