
Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb
Ali təhsil müəssisələrində beynəlxalq əlaqələr, tələbə mübadiləsi ilə bağlı xəbərləri izləmək üçün direktor.az-a abunə olun. Universitet həyatındakı əlamətdar görüşlərdən xəbərdar olmaq üçün bizi izləyin.
Oktyabrın 13-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit Bakı Dövlət Universitetinin (BDU) tələbələri ilə görüşüb.
Direktor.az xəbər verir ki, bu barədə BDU-dan bildirilib. Tədbiri açan BDU-nun rektoru Elçin Babayev Azərbaycanla Laos arasında dostluq münasibətlərinin uzun tarixə malik olduğunu, sovet dövründə çoxsaylı Laos gənclərinin Azərbaycanda təhsil aldığını vurğulayıb. O, BDU-nun Laosun aparıcı universitetləri ilə tərəfdaşlıq əlaqələri qurmaqda maraqlı olduğunu və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi üçün imkanların mövcudluğunu diqqətə çatdırıb.
Elm və təhsil naziri Emin Əmrullayev çıxışında sovet dövründə 2 minə yaxın Laos vətəndaşının Azərbaycanın müxtəlif ali məktəblərində təhsil aldığını bildirib. Nazir Laosdan olan gəncləri Azərbaycanda təhsil imkanlarından yararlanmağa dəvət edib, Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantının yaratdığı imkanlardan danışıb, iki ölkənin universitetləri və elmi-tədqiqat müəssisələri arasında əməkdaşlığın, tələbə və akademik heyət mübadiləsinin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit çıxışında ölkəsinin müharibənin ağır nəticələrinin aradan qaldırılması, milli inkişaf və əhalinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində səylərindən bəhs edib. O, Azərbaycan-Laos münasibətlərinin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edərək, ölkələr arasında əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanların araşdırılmasına toxunub.
Görüş zamanı BDU-nun tələbələri Laos Prezidentinə suallar ünvanlayıb, Thonqlun Sisulit onların suallarını cavablandırıb. Sonda BDU-nun rektoru Elçin Babayev Laos Prezidentinə hədiyyələr təqdim edib. Tədbir bədii hissə ilə davam edib.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin