
DİM-in əməkdaşı badminton yarışında birinci yeri tutub
Təhsil müəssisələrinin fəaliyyəti və təhsil sahəsindəki təşəbbüsləri izləmək üçün direktor.az-a abunə olun. Təhsil mühiti və rəsmi qurumların tədbirlərindən xəbərdar olmaq üçün bizi izləyin.
Oktyabrın 11-də Gənclər və İdman Nazirliyi və Azərbaycan Badminton Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında badminton yarışı keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə DİM-dən bildirilib. 1 saylı idman təmayüllü liseyin badminton zalında təşkil olunan yarışda 10 dövlət qurumunu təmsil edən 12 kişi və 6 qadın iştirak edib. Kişilər arasında Dövlət İmtahan Mərkəzinin əməkdaşı Emil Təhməzov birinci yeri tutub.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin