
“Dövlət qulluqçusunun daxili motivasiyası”mövzusunda təlim təşkil olunub - DİM
Dövlət orqanlarında insan resurslarının inkişafı, DİM-in həyata keçirdiyi təlim proqramlarını izləmək üçün direktor.az-a abunə olun. Dövlət qulluğu sahəsindəki peşəkar inkişaf layihələri və ölkənin idarəetmə sistemindən xəbərdar olmaq üçün bizi izləyin.
Dövlət İmtahan Mərkəzinin İstedadın psixometrik diaqnostikası və maarifləndirmə sektorunun böyük məsləhətçisi Gülü Əliyeva tərəfindən Dövlət Turizm Agentliyinin əməkdaşları üçün “Cəmiyyətə xidmət psixologiyası: Dövlət qulluqçusunun daxili motivasiyası” mövzusunda təlim keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə DİM-dən bildirilib. Təlim çərçivəsində dövlət qulluqçularının daxili motivasiyasının formalaşması və qorunması, motivasiyanın zəifləməsinə səbəb olan amillər, eləcə də bu prosesin iş keyfiyyətinə, vətəndaşlarla ünsiyyətə və xidmət mədəniyyətinə təsiri müzakirə edilib. İştirakçılara motivasiyanın azalmasının ilkin əlamətlərini müəyyənləşdirmək, peşəkar fəaliyyətə marağı qorumaq, emosional tarazlığı saxlamaq və iş mühitində sağlam münasibətləri gücləndirmək üçün müxtəlif yanaşmalar təqdim olunub.
Həmçinin dövlət qulluğunda mənəvi dəyərlərin, peşə məsuliyyətinin və daxili motivasiyanın əmək fəaliyyətində əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.
Sonda iştirakçıların sualları cavablandırılıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin