
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanı keçirilib
Dövlət qulluğu imtahanları, vakansiyalar, müsabiqə mərhələlərini izləmək üçün direktor.az-a abunə olun. İdarəetmə sahəsindəki mühüm sınaqlardan xəbərdar olmaq üçün bizi izləyin.
Oktyabrın 14-də inzibati rəhbər vəzifələrə aid AB, AC və inzibati icraçı vəzifələrə aid BA, BB vəzifə qrupları üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə DİM-dən bildirilib. İmtahan Bakı və Naxçıvan şəhərlərində kompüterlər vasitəsilə keçirilib. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olurlar. Nəticələr həmçinin DİM-in saytında yerləşdiriləcək.
İmtahanda 293 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, AB2 altqrupu üzrə 2 nəfər, AB4 altqrupu üzrə 3 nəfər, AC2 altqrupu üzrə 5 nəfər, AC3 altqrupu üzrə 2 nəfər, AC4 altqrupu üzrə 2 nəfər, BA1 altqrupu üzrə 1 nəfər, BA2 altqrupu üzrə 4 nəfər, BA3 altqrupu üzrə 9 nəfər, BA4 altqrupu üzrə 8 nəfər, BB1 altqrupu üzrə 14 nəfər, BB2 altqrupu üzrə 31 nəfər, BB3 altqrupu üzrə 43 nəfər, BB4 altqrupu üzrə 47 nəfər olmaqla, ümumilikdə 171 namizəd uğur qazanıb.
İmtahanın nəticələri ilə bağlı Apellyasiya Komissiyası 16, 19 və 20 oktyabr tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin əsas inzibati binasında fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi, 299.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin