
SDU-da SOCAR-ın proqram təqdimatı keçirilib
Ali təhsil müəssisələrində aparıcı şirkətlərin proqramları, tələbələrin karyera imkanlarını izləmək üçün direktor.az-a abunə olun. Təhsil və sənaye tərəfdaşlığı çərçivəsində gənclərə yaradılan ən son fürsətlərdən xəbərdar olmaq üçün bizi izləyin.
Oktyabrın 12-də Sumqayıt Dövlət Universitetində SOCAR-ın “Gənc İstedadlar Proqramı – 2027”nin təqdimat mərasimi keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə SDU-dan bildirilib. Tədbiri giriş sözü ilə açan SDU-nun Karyera və Məzunlarla İş Mərkəzinin rəhbəri Anar Dünyamalıyev proqramın tələbələrin peşəkar inkişafı və karyera imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb, onları təqdim olunan imkanlardan yararlanmağa dəvət edib.
SOCAR-ın İşə qəbul şöbəsinin rəis müavini Orxan Musayev proqramın gənclərin əmək bazarında rəqabətqabiliyyətliliyinin artırılmasına xidmət etdiyini bildirib. O, iştirakçıların praktiki təcrübə, təlim və mentorluq imkanları ilə yanaşı, aylıq ödəniş də əldə etdiklərini qeyd edib. Daha sonra SOCAR-ın İnsan resursları üzrə aparıcı mütəxəssisi Xəyalə Cəlilzadə proqramın məqsədləri, iştirak şərtləri, müraciət və seçim mərhələləri barədə məlumat verib.
Tədbirdə proqramın əvvəlki iştirakçılarının karyera inkişafını əks etdirən videoçarx nümayiş olunub, tələbələrin sualları cavablandırılıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin