
ADU tələbələri Meksika kino nümayişində iştirak ediblər
Ali təhsil müəssisələrində keyfiyyət təminatı mexanizmlərini, təcrübə mübadiləsini izləmək üçün direktor.az-a abunə olun. Təhsil idarəçiliyi siyasəti, universitetlərin qlobal əməkdaşlığı və həyata keçirilən strateji yeniliklərdən xəbərdar olmaq üçün bizi izləyin.
Ümumdünya Psixi Sağlamlıq Günü münasibətilə Meksikanın Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə maarifləndirici film nümayişi keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə Azərbaycan Dillər Universitetindən (ADU) bildirilib. Tədbir çərçivəsində Meksikanın Kino Təlim Mərkəzinin təqdim etdiyi psixi sağlamlıq mövzusunda qısametrajlı filmlər nümayiş olunub.
Nümayişdə ADU-nun Tərcümə fakültəsinin tələbələri İspan Dili Mərkəzinin rəhbəri Nargiz Madatovanın müşayiəti ilə iştirak ediblər. Filmlərdə psixi sağlamlığın qorunması, emosional rifah və bu mövzuda cəmiyyətdə maarifləndirmənin əhəmiyyəti kimi məsələlər diqqətə çatdırılıb.
Tələbələrin tədbirdə iştirakı onlara Meksika kinosu ilə tanış olmaq, ispan dilində mədəni-maarifləndirici materialları izləmək və aktual sosial məsələlərə fərqli perspektivdən yanaşmaq imkanı yaradıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

