
“Ana dili – Azərbaycan məktəbi” layihəsi başlayır
Xaricdə yaşayan soydaşlarımız üçün təşkil edilən “Ana dili – Azərbaycan məktəbi” onlayn təhsil layihəsi və qeydiyyat prosesi haqqında məlumat almaq üçün direktor.az-a abunə olun. Məktəblilərin milli kimliyini, ana dilini dərindən öyrənməsinə yönələn bu kimi mühüm layihələri, beynəlxalq təhsil təşəbbüslərini və rəsmi elanları qaçırmamaq üçün bildirişləri aktiv edin.
Xaricdə yaşayan soydaşlarımız üçün “Ana dili – Azərbaycan məktəbi” layihəsinə start verilib
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə xaricdə yaşayan soydaşlarımızın ana dilini dərindən öyrənməsinə, milli kimliyini yaxından tanımasına, eləcə də vətənpərvər ruhlu insan kapitalının formalaşmasına və qorunmasına dəstək məqsədilə “Ana dili – Azərbaycan məktəbi” layihəsinə qeydiyyat başlayıb. Təşəbbüs kiçik (6–10 yaş), orta (11–13 yaş) və yuxarı (14–18 yaş) kateqoriyalar üzrə məktəbliləri əhatə edəcək.
25 sentyabr 2026-cı il tarixindən etibarən onlayn formatda təşkil ediləcək dərslər təcrübəli pedaqoqlar tərəfindən həftədə 2 dəfə interaktiv üsullarla aparılacaq və başlanğıc, orta, eləcə də yüksək olmaqla 3 pillə üzrə keçiriləcək. Layihədə iştirak etmək istəyən şəxslər yaşlarına, dil bilik səviyyələrinə və yerləşdikləri vaxt zonalarına uyğun olaraq qruplara bölünəcəklər. Tədris prosesinə qoşulmaq istəyənlər qeydiyyat linki vasitəsilə müraciət edə bilərlər.
🔗 Qeydiyyat linki: https://forms.gle/o6MYvWZJjc9ywj7g9
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin