
AzMİU-da film nümayişi olub
Müasir təhsil mühitində tədrisin keyfiyyəti, innovativ dərs metodlarının tətbiqi, pedaqoqların qiymətləndirmə mexanizmlərini izləmək üçün direktor.az-a abunə olun. Elm və təhsil idarəçiliyi siyasəti, məktəb rəhbərlərinin fəaliyyət standartlarından xəbərdar olmaq üçün bizi izləyin.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində fəaliyyət göstərən Cinema Klubun təşkilatçılığı ilə “Zəfər yaddaşı” layihəsi çərçivəsində “HADRUT – Sən Azadsan!” filmi nümayiş olunub.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Nümayişin əsas məqsədi tələbələrə Vətən müharibəsinin tarixi əhəmiyyətini bir daha xatırlatmaq, Hadrutun azadlığı uğrunda aparılan mübarizəni gənc nəslə çatdırmaq və onlarda vətənpərvərlik ruhunu gücləndirmək olub.
Film tələbələr tərəfindən maraqla izlənilib. “Zəfər yaddaşı” layihəsi çərçivəsində keçirilən bu cür tədbirlər gənclərin tarixi yaddaşının qorunmasına, milli-mənəvi dəyərlərə bağlılığının artırılmasına və Vətənə sevgi hissinin gücləndirilməsinə xidmət edir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin