
AzMİU-da Xalq artisti Nurəddin Mehdixanlı ilə görüş keçirilib
Ali təhsil müəssisələrində təşkil edilən mədəni-maarif tədbirlərini, pedaqoji heyətin əməyinin qiymətləndirilməsini və universitet həyatındakı yenilikləri izləmək üçün direktor.az-a abunə olun. Təhsil idarəçiliyi, ali məktəb ekosistemi və ölkəmizin maarif sistemində baş verən xəbərlər üçün bizi izləyin.
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Xalq artisti Nurəddin Mehdixanlı ilə “Bir ömrün sənət salnaməsi” adlı görüş keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Tədbirdə AzMİU rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Universitetin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, iqtisad elmləri üzrə fəlsəfə doktoru Orxan Naqdiyev çıxış edərək bu kimi görüşlərin tələbələrin dünyagörüşünün zənginləşdirilməsi, milli-mədəni dəyərlərə bağlılığının gücləndirilməsi və incəsənətə marağının artırılması baxımından əhəmiyyətini vurğulayıb.
Görüşdə Xalq artisti Nurəddin Mehdixanlının zəngin yaradıcılıq yolu, teatr və kino sənətindəki fəaliyyəti, aktyorluq sənətinin özünəməxsus xüsusiyyətləri, obrazların yaradılması prosesi ətrafında geniş fikir mübadiləsi aparılıb. Sənətkar uzunillik səhnə təcrübəsini, sənətə baxışını, yaradıcılıq fəaliyyətində qarşılaşdığı maraqlı məqamları tələbələrlə bölüşüb.
Səmimi ünsiyyət şəraitində davam edən görüşdə tələbələr aktyorluq sənəti, teatr və kino sahəsinin inkişafı, sənətkarın yaradıcılıq təcrübəsi ilə bağlı suallar ünvanlayıb, onları maraqlandıran məsələlərə cavab alıblar.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

