
Gürcüstan universitetləri ilə memorandumlar imzalanıb
Ali təhsil müəssisələrimizin xaricdəki uğurlu təmsilini, qlobal akademik əməkdaşlıqları izləmək üçün direktor.az-a abunə olun. Universitetlərimizin beynəlxalq nailiyyətləri, rəsmi elanlardan xəbərdar olmaq üçün bizi izləyin.
Noyabrın 16-da Tbilisidə keçirilən I Azərbaycan–Gürcüstan Rektorlar Konfransı çərçivəsində iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlıq memorandumlarının imzalanması mərasimi keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib. Konfrans çərçivəsində Azərbaycanın 8, Gürcüstanın isə 17 ali təhsil müəssisəsi arasında ümumilikdə 40-a yaxın əməkdaşlıq memorandumu imzalanıb.
İmzalanan sənədlər universitetlər arasında akademik və elmi əməkdaşlığın genişləndirilməsini, birgə təhsil və tədqiqat layihələrinin həyata keçirilməsini, tələbə və müəllim mübadiləsinin təşviqini, eləcə də qarşılıqlı təcrübə mübadiləsinin inkişaf etdirilməsini nəzərdə tutur.
Memorandumlar Azərbaycan və Gürcüstan ali təhsil müəssisələri arasında uzunmüddətli tərəfdaşlıq əlaqələrinin gücləndirilməsinə və yeni əməkdaşlıq imkanlarının yaradılmasına yönəlib.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

