
DİM Turizm Agentliyinin əməkdaşları üçün təlim keçirib
Peşəkar bacarıqların artırılması, idarəetmə təlimləri və dövlət qulluğunda səriştələrin qiymətləndirilməsi ilə bağlı yenilikləri izləmək üçün direktor.az-a abunə olun. Maarifləndirici layihələr və təhsil sistemindən xəbərdar olmaq üçün bizi izləyin.
Dövlət İmtahan Mərkəzi Dövlət Turizm Agentliyinin əməkdaşları üçün “Yazılı ünsiyyət və “Netiket” qaydaları” mövzusunda təlim keçirib.
Direktor.az xəbər verir ki, bu barədə DİM-dən bildirilib. Təlim zamanı Dövlət İmtahan Mərkəzinin Dövlət strategiyası ilə iş və insan kapitalının inkişafı şöbəsinin aparıcı məsləhətçisi Zeynal Cabarov tərəfindən iştirakçılara yazılı ünsiyyətin şifahi ünsiyyətdən fərqləri və effektiv mətnin əsas prinsipləri barədə ətraflı məlumat verilib. Rəsmi yazışmanın strukturu və yazılı ünsiyyətdə tez-tez yol verilən səhvlər nəzərdən keçirilib,işgüzar e-poçt etikası, o cümlədən mövzu sətrinin düzgün tərtibi, alıcıların seçilməsi, ton və göndərmədən əvvəl yoxlama qaydaları müzakirə edilib.
Təlimin praktik hissəsində iştirakçılar iş həyatından götürülmüş situasiyaları təhlil ediblər. Uğursuz tərtib olunmuş e-poçtlarda səhvləri müəyyənləşdirib onları peşəkar formada yenidən yazıblar. Nümunələr üzərində mesajın tonunun və ünvanlanma formasının qarşı tərəfin reaksiyasına və işin nəticəsinə necə təsir göstərdiyi nəzərdən keçirilib.
Təlimdə həmçinin rəqəmsal mühitdə davranış qaydaları, yəni "netiket" barədə məlumat verilib. İş qruplarında mesajlaşma etikası, rəqəmsal izin əhəmiyyəti və dövlət qulluqçusunun sosial şəbəkələrdə davranışı müzakirə edilib. Bundan əlavə, emosional və münaqişəli yazışmalara peşəkar cavab vermə yolları, eləcə də yazılı formada konstruktiv rəy bildirmə üsulları izah olunub.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

