
İnklüziv təhsilin əhatə dairəsi genişləndirilir
İnklüziv və xüsusi təhsil sahəsindəki ən son metodologiyaları, pedaqoji təcrübə mübadilələrini izləmək üçün direktor.az-a abunə olun. Müəllimlərimizin peşəkar inkişafına yönəlmiş təlimlər, innovativ tədris layihələrindən məlumatlı olmaq üçün bizi izləyin.
2026-2027-ci tədris ilində paytaxt üzrə daha 12 ümumi təhsil müəssisəsində (21, 26, 56, 68, 112, 227, 238, 253, 259, 263, 276 və 314 nömrəli tam orta ümumtəhsil məktəblərində) inklüziv siniflər yaradılıb. Hazırda Bakı şəhəri üzrə ümumilikdə 53 təhsil müəssisəsində sağlamlıq imkanları məhdud uşaqlar inklüziv təhsilə cəlb edilib.
Direktor.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib. İnklüziv təhsil sağlamlıq imkanları qismən məhdud uşaqlarla sağlam uşaqların eyni sinifdə təhsil almasına imkan yaradır. Layihə həmin uşaqların cəmiyyətə daha rahat inteqrasiyasına nail olmaq məqsədlərinə xidmət edir. İnklüziv təhsilin əsas hədəfi uşaqların təkcə sosiallaşması deyil, eyni zamanda keyfiyyətli təhsil almasıdır.
Qeyd edək ki, 2015-ci ildən başlayaraq Elm və Təhsil Nazirliyi tərəfindən ölkəmizdə inklüziv təhsilin inkişafı istiqamətində pilot layihələr həyata keçirilir, tənzimləyici hüquqi-normativ sənədlər təkmilləşdirilir və müəllim hazırlığı üzrə proqramlar yenilənir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

