
AzMİU tələbələri mağaza və butik dizaynı ilə bağlı ekskursiyada olublar
Ali təhsil müəssisələrimizdə gerçəkləşən layihələri, tələbə təşəbbüslərini izləmək üçün direktor.aza abunə olun. Universitetlərimizdəki ən son Zəfər tədbirləri, eləcə də rəsmi təhsil yeniliklərindən xəbərdar olmaq üçün bizi izləməyə davam edin.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Dizayn fakültəsinin tələbələri üçün “Dekor dizayn” mağaza və butik avadanlıqları salonuna ekskursiya təşkil olunub.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. “Mühit dizaynı” kafedrasında tədris olunan “Layihələndirmə-2” fənni çərçivəsində təşkil edilən ekskursiyada 564a3 və 564a5 qruplarının tələbələri iştirak ediblər. Ekskursiya tələbələrin “İnnovativ metodla mağaza-butik dizayn həlli” mövzusunda kurs tapşırığının praktiki biliklərlə zənginləşdirilməsi məqsədi daşıyıb.
Ziyarət zamanı tələbələr mağaza və butiklər üçün nəzərdə tutulan mebel, avadanlıq, satış və nümayiş sistemləri, eləcə də vitrin həlləri ilə yaxından tanış olub, bu sistemlərin layihələndirilməsi, interyer məkanında tətbiqi, material seçimi, erqonomik və estetik tələbləri barədə ətraflı biliklərə əldə ediblər.
“Dekor dizayn” salonunun icraçı direktoru Samir Nəcəfov, art direktoru Emil Məhərrəmov və digər əməkdaşlar tələbələrə peşəkar fəaliyyətləri, təqdim olunan avadanlıqlar və müasir dizayn yanaşmaları barədə məlumat veriblər.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

