
Dövlət İmtahan Mərkəzi nazirlik əməkdaşları üçün təlim keçirib
Peşəkar bacarıqların artırılması, idarəetmə təlimləri və dövlət qulluğunda səriştələrin qiymətləndirilməsi ilə bağlı yenilikləri izləmək üçün direktor.az-a abunə olun. Maarifləndirici layihələr və təhsil sistemindən xəbərdar olmaq üçün bizi izləyin.
Dövlət İmtahan Mərkəzinin İstedadın psixometrik diaqnostikası və maarifləndirmə sektorunun böyük məsləhətçisi Sevinc Məmmədova tərəfindən Mədəniyyət Nazirliyinin əməkdaşları üçün “Zamanın düzgün idarə edilməsi” mövzusunda distant formada təlim keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə DİM-dən bildirilib. Təlim zamanı iştirakçılar zamanın idarə edilməsinə təsir edən daxili və xarici amillərlə tanış olub, gündəlik iş prosesində diqqətin yayınmasına və vaxt itkisinə səbəb olan faktorları müəyyənləşdiriblər. Diqqətin idarə olunması və çoxtapşırıqlılığın iş prosesinə təsiri izah edilib.
İştirakçılar xüsusi eksperiment vasitəsilə tapşırıqlar arasında tez-tez keçidin vaxt və səhvlərin sayına necə təsir etdiyini müşahidə ediblər. Daha sonra planlaşdırma səhvi və Parkinson qanunu barədə məlumat verilib.İştirakçılar tapşırığın icra müddətini əvvəlcədən proqnozlaşdıraraq real nəticə ilə müqayisə ediblər. Təlimdə həmçinin prioritetlərin müəyyənləşdirilməsi prinsipləri təqdim olunub..
Sonda iştirakçıların sualları cavablandırılıb, davranış strategiyaları və həll yolları müzakirə olunub.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

