
AzMİU və Milli Süni İntellekt Mərkəzi əməkdaşlıq edəcək
Ali təhsil məkanında süni intellekt texnologiyalarının tətbiqini, universitet-sənaye əməkdaşlığını və gənclər üçün yaradılan karyera imkanlarını izləmək üçün direktor.az-a abunə olun. Elm, texnologiya və innovativ təhsil idarəçiliyi sahəsindəki tərəfdaşlıqlardan, rəsmi sazişlərdən əbərdar olmaq üçün bizi izləməyə davam edin.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Təcrübə və Karyera Mərkəzinin təşkilatçılığı ilə Milli Süni İntellekt Mərkəzinin nümayəndələri arasında onlayn formatda görüş keçirilib.
Direktor.az xəbər verir ki, görüşün əsas qayəsini universitetdə bu istiqamət üzrə fəaliyyətə başlayan yeni magistratura proqramının inkişafı və sahəvi tərəfdaşlıq əlaqələrinin qurulması təşkil edib.
Tədbirdə Milli Süni İntellekt Mərkəzini Marketinq şöbəsinin rəhbəri Cəmilə Məmmədzadə, mütəxəssislər Məcid Musayev və Leyla İskəndərli təmsil ediblər. AzMİU tərəfindən isə Təcrübə və Karyera Mərkəzinin direktoru Xanlar Qəniyev, Magistratura Mərkəzinin rəhbəri Rövşən Səmədov və İnnovativ biznes inkubator şöbəsinin müdiri Rasim Abdullayev iştirak ediblər.
Görüş zamanı magistrantların peşəkar inkişafı istiqamətində atılacaq birgə addımlar — təlim və ustad dərslərinin təşkili, qısa və uzunmüddətli tətbiqi layihələrin icrası, habelə tələbələrin real sənaye layihələrinə inteqrasiyası əsas müzakirə mövzularından olub. Eyni zamanda, innovativ startapların dəstəklənməsi, tədris kurikulumunun sənaye standartlarına uyğunlaşdırılması üçün ekspert rəylərinin cəlb olunması və mütəxəssislərin dərslərə dəvət edilməsi məsələləri də nəzərdən keçirilib.
Müzakirələrin yekununda növbəti görüşün “AI Academy” çərçivəsində təşkili, burada tələbələr üçün tam təqaüdlü proqramların müzakirəsi və Süni İntellekt İcmasının təqdimatının keçirilməsi qərara alınıb. Tərəflər əlaqələri rəsmi və sistemli müstəviyə daşımaq məqsədilə birgə əməkdaşlıq memorandumunun imzalanmasına dair hazırlıq işlərini davam etdirmək barədə razılığa gəliblər.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin