
AzTU-da Qərbi Azərbaycanın tarixinə həsr edilən tədbir təşkil edilib
Tarixi həqiqətlərin gənc nəslə aşılanması, ali məktəblərdə keçirilən tədbirləri izləmək üçün direktor.az-a abunə olun. Universitetlərin ictimai-mədəni həyatı, layihələri və elm-təhsil gündəmindəki xəbərlərdən agah olmaq üçün bizi izləməyə davam edin.
Azərbaycan Texniki Universitetində (AzTU) “Qərbi Azərbaycan bizim tarixi torpağımızdır!” adlı maarifləndirici görüş keçirilib.
Direktor.az xəbər verir ki, tədbir ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Toplantıda Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü Nazim Mustafayevlə yanaşı, tarix üzrə fəlsəfə doktorları Cəbi Bəhramov və Bəxtiyar Həsənov məruzələrlə çıxış ediblər. Tarixçi alimlər son iki əsr ərzində mərhələli şəkildə həyata keçirilən deportasiya, inzibati bölgü dəyişiklikləri və etnik təmizləmə siyasəti nəticəsində bu ərazilərin necə Ermənistana çevrildiyini faktlarla diqqətə çatdırıblar. Eyni zamanda, Qarabağda olduğu kimi Qərbi Azərbaycanda da xalqımıza aid tarixi, dini və mədəni irsin ermənilər tərəfindən məqsədyönlü şəkildə dağıdıldığı vurğulanıb.
Görüşdə Prezident İlham Əliyevin soydaşlarımızın öz dədə-baba yurdlarına dinc və ləyaqətli qayıdışı ilə bağlı səsləndirdiyi strateji fikirlərə toxunulub. Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin