
BDU Özbəkistanın Ədliyyə Nazirliyi ilə memorandum imzalayıb
Ali təhsil müəssisələrinin beynəlxalq tərəfdaşlıqlarını, akademik mübadilə proqramlarını və hüquq təhsili sahəsindəki innovativ təşəbbüsləri izləmək üçün direktor.az-a abunə olun. Elm və ali təhsil idarəçiliyi gündəmindəki qlobal sazişlərdən, rəsmi elanlardan və aktual yeniliklərdən xəbərdar olmaq üçün bizi izləməyə davam edin.
BDU və Özbəkistan Respublikası Ədliyyə Nazirliyi yanında Hüquqşünasların Yenidən Hazırlanması və İxtisasartırma İnstitutu arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
Direktor.az xəbər verir ki, sənədi BDU-nun rektoru Elçin Babayev və Özbəkistan Respublikası Ədliyyə Nazirliyi yanında Hüquqşünasların Yenidən Hazırlanması və İxtisasartırma İnstitutunun direktoru Esemurat Kanyazov imzalayıblar.
Memorandumda hüquq təhsili, hüquqşünas kadrların yenidən hazırlanması və ixtisasartırması sahəsində təlim-tədris prosesinin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə birgə layihələrin, konfrans, seminar, simpozium, qısamüddətli kurs və təlimlərin təşkili, eləcə də ortaq elmi tədqiqatların aparılması nəzərdə tutulur.
Sənəddə elmi jurnallarda birgə nəşrlərin hazırlanması, ortaq akademik proqramların, tədris planları və sillabusların işlənməsi, professor-müəllim heyətinin, hüquqşünas-mütəxəssislərin, tədqiqatçıların və tələbələrin mübadiləsi kimi məsələlər öz əksini tapıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin