
BDU növbəti beynəlxalq uğura imza atıb
Ali təhsil müəssisələrimizin beynəlxalq arenadakı mövqeyini, qlobal reytinq göstəricilərini izləmək üçün direktor.az-a abunə olun. Magistratura proqramlarının keyfiyyət meyarlarını, ali təhsil sahəsindəki bütün mühüm elanları qaçırmamaq üçün bildirişləri aktiv edin.
Bakı Dövlət Universiteti ilk dəfə QS-in magistr reytinqlərinə daxil olub.
Direktor.az xəbər verir ki, Bakı Dövlət Universiteti (BDU) dünyanın nüfuzlu reytinq qurumlarından olan "QS"in (Quacquarelli Symonds) 2027-ci il üzrə biznes magistr proqramları siyahısında yer alıb. Universitet ilk dəfə olaraq həm menecment, həm də maliyyə istiqamətləri üzrə qlobal reytinqə daxil olaraq hər iki sahədə 201+ pilləsində qərarlaşıb.
Ayrı-ayrı göstəricilər üzrə əldə olunan nəticələr:
Menecment proqramı: "Müxtəliflik" indikatoru üzrə 111–120-ci, "Məzun nəticələri" indikatoru üzrə isə 151–200-cü yerlərdə qərarlaşıb.
Maliyyə proqramı: Həm "Müxtəliflik", həm də "Məzun nəticələri" indikatorları üzrə 151–200-cü sıralarda yer alıb.
Sözügedən reytinq müəyyənləşdirilərkən əsasən məzunların işlə təmin olunma səviyyəsi, işəgötürənlərin rəyləri, beynəlxalq nüfuz və təhsilin keyfiyyəti kimi mühüm meyarlar əsas götürülür. Bu uğur BDU-nun magistratura proqramlarının dünyada tanınmasına və universitetin beynəlxalq mövqeyinin möhkəmlənməsinə şərait yaradır.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin