
BMU-da Elmi Şuranın iclası keçirilib
Ali təhsil ocaqlarında akademik keyfiyyətin artırılması istiqamətində qəbul edilən qərarları, beynəlxalq əməkdaşlıq perspektivlərini izləmək üçün direktor.az-a abunə olun. Elm, texnologiya və ali təhsil sahəsindəki ən vacib rəsmi iclaslardan, strateji inkişaf addımlarından və aktual təhsil xəbərlərini üçün bizi izləməyə davam edin.
Bakı Mühəndislik Universiteti (BMU) Elmi Şurasının 2026 – 2027-ci tədris ilində ilk iclası keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə Bakı Mühəndislik Universitetindən bildirilib.
İclası giriş nitqi ilə açan Şuranın sədri, rektor Yaqub Piriyev gündəlikdə duran məsələləri diqqətə çatdırıb.Sonra iclasda ötən tədris ilində BMU-nun fəaliyyəti və perspektiv inkişafı, yaz və yay semestrlərinin akademik nəticələri, 2026–2027-ci tədris ili üzrə tələbə qəbulunun yekunları, eləcə də 2026-cı ilin I yarımili üzrə elmi-tədqiqat işlərinə dair hesabatlar dinlənilib. Hesabatlar ətrafında müzakirələr aparılıb, Şura üzvlərinin rəy və təklifləri dinlənilib.
Rektor Yaqub Piriyev yeni tədris ilinin universitet qarşısında mühüm hədəf və prioritetlər müəyyənləşdirdiyini bildirərək, tədris və elmi fəaliyyətin keyfiyyətinin davamlı yüksəldilməsinin, əldə olunan nəticələrin sistemli təhlilinin, strateji məqsədlərin ardıcıl icrasının vacibliyini qeyd edib. Rektor fundamental və tətbiqi tədqiqatların təşviqi, beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi, nüfuzlu elmi nəşrlərdə məqalələrin say və keyfiyyətinin artırılması istiqamətində fəaliyyətin intensivləşdirilməsini nəzərə çatdırıb. Tədris sahəsində akademik keyfiyyətin yüksəldilməsinin universitetin inkişaf strategiyasının əsas istiqamətlərindən biri olduğunu deyən rektor bu yöndə qarşıda duran əsas vəzifələri vurğulayıb.
İclasda builki tələbə qəbulunun yüksək nəticələrinin universitetin inkişaf dinamikasını əks etdirən mühüm göstəricilərdən biri olduğu önə çəkilib. Bildirilib ki, qəbul göstəricilərinin mütəmadi təhlili və universitetin akademik imkanlarının daha geniş auditoriyaya təqdim olunması istiqamətində işlər davam etdirilməlidir.
Sonda rektor Yaqub Piriyev bütövlükdə qarşıya qoyulan hədəflərin ölçülə bilən nəticələr əsasında icrasının vacibliyini vurğulayıb, aidiyyəti struktur bölmələrə fəaliyyət istiqamətləri üzrə konkret tapşırıqlar verib.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin